Zakir Həsənov Türkiyə nümayəndə heyəti ilə GÖRÜŞDÜ - FOTO

Zakir Həsənov Türkiyə nümayəndə heyəti ilə GÖRÜŞDÜ - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik İsmail Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Nazirliyindən Sfera.az-a bildirilib ki, qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarımızın səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini xüsusi vurğulayıb.

 

Cari ilin 29-30 may tarixlərində Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar səfərindən məmnunluq ifadə edən general-polkovnik Z.Həsənov Türkiyədə keçirilən “EFES - 2024” çoxmillətli təliminin təşkilatçılığını, eləcə də hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib.

 

General-polkovnik İ.Günaydın isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını qeyd edib.

 

Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd edilib.

 

Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

 

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub. Hər iki qardaş ölkənin qarşılıqlı əməkdaşlığının genişləndirilməsi baxımından bu cür görüşlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Bu rayonlara yağış yağdı

Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.   ...

Paşinyan:"Sünnət olunmadığımı sübut etməyə hazıram"

2025-ci il 24 iyun tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yeni paylaşımı ilə diqqət çəkib. O, bütün ermənilərin Katolikosu II ...

Ərdoğan: "Tərəfləri atəşkəsə əməl etməyə dəvət edirik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və İran arasında atəşkəslə bağlı razılaşmanın əldə olunmasını müsbət qarşılayıb.   Sfera.az bu barədə...

Merzdən İsrail-İran atəşkəsinə reaksiya

Əgər bu atəşkəs ABŞ-ın İranın nüvə obyektlərinə qətiyyətli hərbi zərbələrindən sonra uğur qazanarsa, bu, çox yaxşı hal olacaq.   Sfera.az xəbər ...

Türkiyədə hamı bu toydan danışır: məclisinə 5 min qonaq gəldi - VİDEO

Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin ailəsində toy olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçunun q...

Növbəti köç karvanı Həsənriz və Sarıcalıya çatdı

Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb, açarlar təqdim olunub. &nb...