Səhiyyə Nazirliyinin radiosu fəaliyyətə BAŞLAYIR

Səhiyyə Nazirliyinin radiosu fəaliyyətə BAŞLAYIR

Cari ilin 3 iyun tarixindən etibarən Səhiyyə Nazirliyinin radiosu fəaliyyətə başlayır.

 

Bu barədə Sfera.az-a nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, radio “Sağlam Radio” adı ilə 93.0 FM tezlikdə yayımlanacaq.

 

Səhiyyə Nazirliyinin dəstəyi ilə yayımlanacaq radioda həftə içi 5 gün saat 8.00-dan 10.00-dək “Sağlam səhər”, saat 18.00-dan 20.00-dək “Sağlam həyat” verilişləri efirdə olacaq. Bu verilişlərdə Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri sağlamlığın qorunması, sağlam qidalanma, sağlam həyat tərzinin formalaşdırılması kimi elmi əsaslara söykənən tibbi məlumatlar verəcəklər.

 

"Ölkə və dünyada səhiyyə ilə bağlı xəbərləri isə hər saatın sonunda yayımlanan “Sağlam Xəbərlər”dən eşidəcəksiniz. “Sağlam Radio”nun başlıca məqsədi əhalinin sağlamlığının qorunmasını, sağlam qidalanmanı və aktiv həyat tərzini təşviq etməkdir", - məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...

Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO

Qramla satılan parfümlər insan sağlamlığı üçün fəsadlar yarada bilər.   Mütəxəssislər bununla bağlı xəbərdarlıq edirlər.   Sfera.az-ın məl...

“23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar”

Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David ...