“Google” alternativ enerjiyə keçir
17:23 / 07.12.2016
719
"Google” korporasiyası 2017-ci ildə özünün dünyadakı bütün data mərkəzlərinin enerji təminatını alternativ mənbələr - külək enerjisi stansiyaları və günəş panelləri vasitəsilə təmin edəcəyini açıqlayıb.
İKT.lent.az-ın "The New York Times”a istinadən verdiyi xəbərə görə, bu, heç də "Google”a adi bütün kompüterlərin dərhal bərpa olunan enerji ilə təmin ediləcəyi mənasına gəlmir, lakin şirkət son on il ərzində bir çox alternativ enerji istehsalçısı ilə müqavilə bağlayıb və öz işində böyük həcmdə təmiz enerjidən istifadə etməyə nail olub.
"Biz dünyada bərpa olunan enerji alan ən böyük şirkətik. Bu, iqtisadiyyat, biznes və sərmayədarlar üçün yaxşıdır”, - deyə "Google”un texniki infrastruktur üzrə vitse-prezidenti Co Kava bildirib. O qeyd edib ki, külək enerjisinin qiymətləri tez-tez qalxıb-enmir və bu da daha etibarlı planlaşdırma aparmağa imkan verir. C. Kava alternativ enerjinin qiymətinin getdikcə aşağı düşməkdə olduğunu söyləyərək Çini misal göstərib. Bu ölkədə alternativ enerji stansiyaları adi kömür stansiyalarından daha ucuz enerji hasil edir.
Qeyd edək ki, "Google” axtarış sistemi, "YouTube” video xidməti, "Gmail” poçt xidməti də daxil olmaqla, 8 müxtəlif biznesi idarə edir. Şirkət öz həcminə görə dünyada 13-cü olan məlumat bazasına malikdir, bu bazaların hər biri yüzlərlə kompüter vasitəsilə dəstəklənir. 2016-cı ildə "Google” bütün San Fransisko şəhərinin istehlakı qədər elektrik enerjisi istehlak edib.