Son 30 ilin ƏN SOYUQ İLİ: Temperatur görün mənfi neçəyə endi

Son 30 ilin ƏN SOYUQ İLİ: Temperatur görün mənfi neçəyə endi

 

Türkiyədə Şərqi Anadolu bölgəsində müşahidə edilən şiddətli soyuqlar burada həyatı sözün əsl mənasında dondurub.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Gölə vilayətində temperatur mənfi 32 dərəcəyə enib.

Şiddətli ayaz səbəbindən səhər saatlarında məktəb və işə gedənlər çətin vəziyyətdə qalır. Qar küçə heyvanları və quşları yem tapmaq imkanını məhdudlaşdırıb. Yüksək dağlıq ərazilərdə isə qarın qalınlığı yarım metri keçdiyindən yem tapa bilməyən heyvanlar şəhər mərkəzinə enir.

Gürcüstandan Türk Gözü sərhəddini keçərək Ərdahana gələn tırların işə salınması üçün sürücülər yanacaq çəni altında ocaq qalamaq məcburiyyətində qalıblar. İnsanlar bölgənin rəsmən donduğunu bildirir.

Meteroloqlar yaxın 5 gün ərzində bölgədə yağıntı proqnozlaşdırmır. Lakin temperaturun gün ərzində mənfi 5-8 dərəcə, gecələr isə 20-30 dərəcəyə enəcəyi bildirilir. Qarın qalınlığı bəzi bölgələrdə 30 santimetri keçib.

Qeyd eədk ki, sözügedən bölgə son 30 ilin ən soyuq ilini yaşayır.

 


OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...