Evin kişisini öldürüb həyətdə toy etdilər

Evin kişisini öldürüb həyətdə toy etdilər
 
Neftçala rayonunda 3 il əvvəl törədilmiş dəhşətli qətlin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, rayonun Yuxarı Qaramanlı kənd sakini, 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunun ailə üzvləri tərəfindən münaqişə zəminində qətlə yetirilməsi üzə çıxıb. Məlum olub ki, A.Heybətovu oğlu, 1992-ci il təvəllüdlü Emil güllələyərək öldürüb. Emil atasına iki dəfə atəş açaraq onu qətlə yetirib və daha sonra anası Tükəzban və bacısı ilə birgə meyiti həyətdə yandırıb. Onlar yanmış meyitin qalıqlarını kisələrə yığaraq evlərinin yaxınlığından keçən Kür çayına atıblar.
 
Hadisənin baş vermə səbəbinə gəlincə, məlum olub ki, A.Heybətovun qızı nişanlı imiş. Həmin ərəfədə ailənin yaxın qohumlarından biri vəfat etdiyi üçün A.Heybətov toyun yubadılmasını istəyib. Lakin oğlan tərəfi, eləcə də ailə üzvləri onun təklifi ilə razılaşmayıb. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib və tez bir zamanda toy edib qızı köçürmək istəyən qadın əri ilə dalaşıb. Münaqişəyə ailənin kiçik oğlu Emil də qoşulub və o, tüfənglə atasını güllələyərək qətlə yetirib. Daha sonra Emil anası və bacısı ilə birgə izi itirməyə çalışıb.
 
Maraqlıdır ki, A.Heybətovun qətlindən sonra ailə üzvləri qohum-qonşuya onun gah acıq edib evdən getdiyini, gah da Mahaçqalaya işləməyə getdiyini deyib. Onlar qətl hadisəsindən bir neçə gün sonra toyun dəvətnamələrini də paylayıblar. A.Heybətovun toyda iştirak edib-etməyəcəyini  soruşanlara isə onun sərhəddən buraxılmadığını, tezliklə gələcəyi və özünü toya çatdıracağını deyiblər.
 
Bildirilir ki, hadisədən və qızın toyundan sonra ailə üzvləri kəndi tərk edərək Bakıya köçüb.
 
Oğlundan xəbər çıxmadığını görən A.Heybətovun atası Dəmir Heybətov şübhələnməyə başlayıb. O, oğlunun avtomobilinin həyətdə qaldığını, oğlunun kimləsə əlaqə saxlamadığını görərək polisə müraciət edib.
 
Qeyd edək ki, qətl hadisəsi 2013-cü ilin may ayına, toy iyun ayına, polisə müraciət isə iyul ayına təsadüf edib. Balıq alveri ilə məşğul olan Aydın Heybətovun ailə üzvləri tərəfindən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Onun həyat yoldaşı və oğlu ilə yanaşı qızı da polis tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.



OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...