Məhəmməd İshaq Dar: "Pakistan COP29-a sədrliyi dövründə Azərbaycana hərtərəfli dəstək verəcək"

Məhəmməd İshaq Dar:

Pakistan COP29-a sədrliyi dövründə Azərbaycana hərtərəfli dəstək verəcək.

 

Sfera.az xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ikitərəfli görüşlərin yekunu üzrə birgə mətbuat konfransı zamanı deyib.

 

"Ölkələrimiz iqlim fəaliyyəti və bərpa olunan enerji sektorunda əməkdaşlığı gücləndirəcək. Qardaş ölkəmiz Azərbaycanı gözəl Bakı şəhərində COP29 tədbirinə ev sahibliyi etməsi münasibətilə təbrik edirik", - o qeyd edib.

 

Pakistan XİN başçısı vurğulayıb ki, bu gün onlar ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə ediblər: "Biz ticarət, investisiya, kommunikasiya, enerji və müdafiə sahələrində çoxşaxəli əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik. Xüsusilə, enerji sektorunda ikitərəfli investisiyaların artırılması üçün tədbirlər görürük. Enerji üzrə birgə işçi qrupu enerji sektorunda əməkdaşlığın təşviqində mühüm rol oynayacaq. Birgə işçi qrupun ilk iclasının nəticələri bizi ruhlandırır. Biz parlamentlərarası mübadilələri, mədəni əməkdaşlığı, o cümlədən təhsil sahəsində əməkdaşlığı da gücləndirəcəyik. Tələbələr, akademik dairələr, iş adamları və turistlər arasında mübadilələri təşviq edəcəyik. Biz, həmçinin əməkdaşlığımızı və çoxtərəfli forumları, regional və qlobal hadisələri, o cümlədən Qəzzada baş verənləri müzakirə etdik. Hər iki ölkə beynəlxalq hüququn qorunmasının qəti tərəfdarıdır. Pakistan və Azərbaycan çoxtərəfli forumlarda uzunmüddətli əməkdaşlıq tarixinə malikdir".


OXŞAR XƏBƏRLƏR

Təqaüdlər və müavinətlər artırılır - Bu tarixdən...

Cənab Prezidentin imzaladığı fərmana əsasən, iyulun 1-də ölkəmizdə sosial paketin növbəti elementi olaraq ölkəmizdə müavinət və təqaüdlərdə artımlar reallaşacaq...

DİN-dən əhaliyə daha bir XƏBƏRDARLIQ​​​​​​​

Bank kartlarından oğurluq davam edib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.   Bildirilib k...

"Heydər Əliyev gələndə KAMAZ şoferləri..." - Siyavuş Novruzov

"Ulu Öndər Heydər Əliyevi bəzən Atatürklə müqayisə edirlər".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar ...

“Elə fənlər var ki, onlar lazım olan bacarıqları vermir” – Nazir

“Proqramlarda elə fənlər var ki, onlar sizə lazım olan bacarıqları vermir. Bu proqramların icrası da əvvəlki illərdən bəri tətbiq olunur”.  ...

İdman üçün mükəmməl seçim: Qaçış Aparatı və Velosiped Məşq Cihazı

Qaçış aparatı, evdə məşq üçün ən populyar cihazlardan biridir. Bu, istənilən vaxt məşq etməyə imkan tanıyır, hava şəraitindən asılı olmayaraq. Aparat soyuq iqli...

"300 min manat kredit borcum var"

Meyxanaçı Balaəli Maştağalı açıqlaması ilə diqqət çəkib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, o, kredit borclarından danışıb.&nb...