"Bu qaydalara əməl etməsəniz..." - Qəzalarla bağlı sürücülərə XƏBƏRDARLIQ!

“Yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də avtomobillərin hərəkəti zamanı sürücülərin ara məsafəsinə düzgün əməl etməməsi və məcbur qalıb sərt tormozlamadan istifadə etməsidir”.

 

Bu barədə Sfera.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

Qeyd olunub ki, növbəti belə bir qəza ötən gün axşam saatlarında Heydər Əliyev prospektində baş verib:

 

“Bu qaydalara əməl etməmək bəzən ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə və yollarda sıxlıqların yaranmasına gətirib çıxarır. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq, bütün sürücülərə “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinə nəzər salmağı tövsiyə edirik. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun”.

 

Qurumdan bildirilib ki, yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır.

 

Günay


OXŞAR XƏBƏRLƏR