Adam öldürməkdə şübhəli bilinən şəxs TUTULDU - RƏSMİ

Adam öldürməkdə şübhəli bilinən şəxs TUTULDU - RƏSMİ

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

 

Bu barədə Sfera.az-a Sabunçu rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, hadisə mayın 30-da saat 9 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb:

 

“Belə ki, 1986-cı il təvəllüdlü Samir İsrəfilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1976-cı il təvəllüdlü Ruhiyyə Tahirovanın aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək tanışı Samir İsrəfilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”.

 

Qurum bildirib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

“Ruhiyyə Tahirova iş üzrə şübhəli şəxs qismində tutulub”, - məlumatda qeyd olunub.

 

Günay


OXŞAR XƏBƏRLƏR