“Kontakt”ın “Axşam Bazarı”nda 60%-dək endirimlər olacaq: YALNIZ 1 GÜN  

“Kontakt”ın “Axşam Bazarı”nda 60%-dək endirimlər olacaq: YALNIZ 1 GÜN  

“Kontakt” mağazalarında bir axşam olur ki, bütün qiymətlər kökündən dəyişir. Şəbəkənin çoxdandır gözlənən bu meqaendirimli “Axşam Bazarı” kampaniyası mayın 31-i düz 10 mağazada təşkil olunacaq.

 

Axşam saat 21:00-dan gecə 00:00-dək “Kontakt”ın:

 

“İnşaatçılar metrosu”;

“Ukrayna dairəsi”;

“Azadlıq metrosu”;

“Sumqayıt 10-cu mkr”;

“Gəncə Grand Qafqaz” mağazalarında,

 

Saat 19:00-dan 22:00-dək isə “Quba”, “Mingəçevir”, “Lənkəran”, “Göyçay”, “Şəmkir” mağazalarında çoxdan almağı planladığınız məhsullar nağd alışda 60%-dək endirimləri ilə gecənin qaranlığında sizə gəl-gəl deyəcək.

 

Bu 3 saat ərzində, sadəcə qiymətlər deyil, alış-verişin özü də fərqli olacaq. Çünki burada ən sevdiyiniz məhsulları alarkən endirimli qiyməti düz 6 aya bölərək hissə-hissə ödəmə imkanı da sizə verilir.

 

Həmin axşam oyaq qalanlar:

 

Baza və yataq mexanizmli Senta divanını indi 500 yox, 230 manata;

 

20-30 m2 sahəni əhatə edən Hoffmann kondisionerini 640 yox, sadəcə 460 manata;

 

140 sm diaqonallı, 4K görüntülü və smart texnologiyalı Hisense televizorunu 1560 deyil, cəmi 900 manata;

 

256 Gb yaddaşlı, 2 sim kartlı, super Amoled displeyli Samsung Galaxy A25 smartfonunu 700 yox, 500 manata

 

6 kq tutumu olan Samsung paltaryuyanını isə ödənişsiz çatdırılma və quraşdırılma ilə 1000 yox, 650 manata almaqla, həm özlərini, həm də ciblərini sevindirəcək.

 

O axşam hələ yüzlərlə belə endirimlər və xüsusi təkliflərlə dolu olacaq. Odur ki, arzular siyahınızı hazırlayın, saatınızı qurun və mayın 31-i “Axşam Bazarı”nda yerinizi alın.

 

Sizə yaxın olan ünvanı buradan tapa bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...