Məktəblərdə cinsi tərbiyə dərsi tədris ediləcək? - VİDEO

Məktəblərdə cinsi tərbiyə dərsi tədris ediləcək? - VİDEO

Ekspertlər hesab edirlər ki, bu platformada qarşılaşdıqları məlumatlar, videomateriallar onların həyatına mənfi təsir edə bilər. Ona görə də, orta məktəblərdə cinsi tərbiyə ilə bağlı dərsin keçirilməsi vacib hesab olunur.

 

Bəs Azərbaycanda cinsi tərbiyə ilə bağlı dərslərin tədris proqramına salınması məsələsi gündəmdədirmi?

 

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bu mövzuda fənnin ayrıca dərs kimi keçirilməsi hələ ki nəzərdə tutulmasa da, bu istiqamətdə işlər görülür:

 

"Cinsi tərbiyə, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə ümumi təhsil müəssisələrində maarifləndirmə işi təşkil olunur. Məşğələlər 8-ci sinifdən başlayaraq ildə beş dəfə sinif saatları hesabına tədris edilir".

 

Qurumdan o da bildirilib ki, həmin məşğələləri sinif rəhbəri ilə yanaşı, biologiya müəllimi, həkim və ya tibb bacısı, icma nümayəndəsi, yaxud məktəbə dəvət olunan mütəxəssis tədris edir. Bəzi məşğələlər oğlan və qızlar üçün ayrı təşkil edilir.

 

Ətraflı Baku TV-nin süjetində:

 


OXŞAR XƏBƏRLƏR