Fransalı nazir Azərbaycana buraxılmayacaq
Cəmiyyət
15:42 / 07.12.2016
770
Fransanın yeni daxili işlər naziri Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Onun adı arzuolunmaz şəxslər siyahısındadır.
Sfera.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Hacıyevin sözlərinə görə, Azərbaycan Respublikasının qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq "arzuolunmaz şəxslər" siyahısına daxil edilir: "Qanun qanundur və hamıya da eyni cür şamil olunur".