Azərbaycanlılar ən çox hara gedirlər

Azərbaycanlılar ən çox hara gedirlər
 
Bu ilin noyabrında Heydər Əliyev Beynəlxalq Hava Limanı 231 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur.

Sfera.az "Azərbaycan Hava Yolları”na (AZAL) istinadən xəbər verir ki, ümumilikdə, 2016-cı ilin 11 ayı ərzində Bakı hava limanı təxminən 3 milyon sərnişinə xidmət göstərib.

1,8 milyon sərnişin AZAL aviaşirkətinə üstünlük verib ki, onlardan 500 min nəfəri "Azərbaycan Hava Yolları”nın Naxçıvan və Gəncəyə daxili uçuşları ilə daşınıb. Bu, hava limanının ümumi sərnişin dövriyyəsinin 16%-ni və ya AZAL-ın sərnişin daşımalarının 27%-ni təşkil edir. 

Bu müddət ərzində yük terminalları vasitəsilə 14,5 min ton yük daşınıb.

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Yanvar-noyabr aylarının yekunlarına əsasən, bu istiqamətlər üzrə 1,38 milyon sərnişin daşınıb. 

2016-cı ildə "Iraqi Airways”, "Fly Baghdad”, "ATA Airlines”, "Air Cairo”, "Mahan Air”, "Komaviatrans” aviaşirkətləri və Rusiyanın "Pobeda” lou-kosteri Azərbaycana uçuşlara başlayıb. 

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.



OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...