Ceyhun Bayramov Pakistana rəsmi səfərə GETDİ

Siyasət
16:40 / 29.05.2024
5148
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.