"Həmin gün cibimdə cəmi 12 manat var idi..." - Balaəli “Gelandewagen”i necə alıb? + VİDEO

"Mən bazarlarda "bişmişəm", əziyyət çəkmişəm. Özümü dolandırmışam. İstəmişəm ki, cibimdə hər zaman pulum olsun. Özüm üçün işləmişəm. Geyimimi özüm almışam. Atamın kasıb vaxtını hiss etmişəm. Atalar övladlarına kasıb və ya varlı olduğunu heç zaman bildirmirlər. Uşaqlıqdan çalışırdım ki, valideynlərimə yük olmayım".

 

Sfera.az bildirir ki, bu sözləri meyxanaçı Balaəli Rzayev qonaq olduğu "Qapqara" verilişində deyib.

 

Meyxanaçı ailədə ərköyün böyüdülməsinə baxmayaraq, ərköyün olmadığını bildirib:

 

"Nənəm həyat yoldaşının adını mənə qoyub. O məni uşaqlıqdan ərköyün böyüdüb. Amma mən o ərköyünlüyə getmədim. Ərköyün deyiləm. Özümü əziyyətə hər zaman öyrətmişəm. Bilirəm ki, həyatda heç nə asanlıqla qazanılmır".

 

"Ayaqqabı satışı sənə nə öyrətdi?" sualına söz xiridarının cavabı belə olub:

 

"Ayaqqabı satmaq mənə bəzən doğru, bəzən isə yalan danışmağı öyrətdi. Bəzən yalana doğru, doğruya isə yalan qatdım. Bir sözlə, mənə alveri öyrətdi. Uşaqlıqdan ayaqqabı sataraq çox sayda insanlarla ünsiyyət qurdum. Mən bildim ki, insanlara nə lazımdır. Anlayıram ki, sırf meyxanaya köklənərək nələrsə etmək olmaz. Çünki meyxananın özünün belə "şkalası" var. Yəni meyxana bir yerə qədərdir. Buradan qırağa çıxarmaq üçün nələrsə əlavə etmək lazımdır. Mən meyxananı daha da zirvələrdə görürəm. Mənim üçün meyxana tək çadırlarda deyil".

 

Balaəli avtomobil almaq üçün maşın bazarına cibində 12 manatla getdiyini açıqlayıb:

 

"Sonuncu dəfə avtomobil almağa gedəndə cibimdə 12 manat pul var idi. Qəzaya düşmüşdüm. Dostlarım məni o qədər səmimi qəbul edirlər ki... Həyatda puldan çox yaxşı dostlar qazanmışam. Bilirəm ki, onlar məni darda qoymayacaqlar. Onları da darda qoymayan Allahdır. Allah onları mənə vasitə kimi göndərib. Cibimdə 12 manat pulum var idi və avtomobilimi aşırmışdım. Qəzadan 3-4 gün sonra özümə gəlmişdim. Fikirləşirdim ki, dost, düşmən var. Mənə deyirdilər ki, sən kasıb uşaqsan, neynirsən bu "Gelandewagen"i? Axı, "Gelandewagen" tək varlılar üçün istehsal edilməyib ki... Pulun varsa, istəyirsən sən də al. Bu, zövq məsələsidir. Mən bu avtomobilin xəstəsiyəm. Həvəsim olan şey üçün əlimdən gələni edirəm ki, o, mənim olsun. Bu, mənim həyat prinsipimdir. Dostuma deyirəm ki, mənim dostlarım da var, düşmənlərim də. Məni düşmənlərimin yanında xar etmə. O pulla da dostumun köməyi ilə "Gelandewagen"i alıb çıxmışam".

 

 

(bizim.media)


OXŞAR XƏBƏRLƏR

Dini qurumlara maliyyə yardımı ayrıldı - Prezidentdən SƏRƏNCAM

Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dini qurumlara maliyyə...

Azərbaycanın neft hasilatı azalıb - RƏSMİ

Azərbaycan hazırda 3 yataqdan neft çıxarır.   Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə 29,1 milyon ton neft (kondensat...

Azərbaycanın ən böyük bankı maliyyə vəziyyətini açıqladı

Aktivlərinin həcminə görə ölkəmizdə ən böyük bank olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2024-cü il (yanvar-dekabr) üzrə maliyyə göstəriciləri...

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Azərbaycanın mənzil bazarında son aylarda satışla bağlı durğunluğun yaranması müşahidə edilir. Bazarda alıcıların azalması mənzil satanları çətin vəziyyətə salı...

Karyerada inkişaf, yeni imkanlar, dəyişikliklər... - “Planetlərin böyük paradı” bürclərə nə vəd edir?

Xəbər verdiyimiz kimi, 2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq.  Bunlardan biri 21 yanvar tarixində baş verəcək. Belə ...

İranda təyyarə qəzaya uğradı - Ölənlər var

İran polisinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Rəşt şəhəri yaxın...