"Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlir Ukraynaya veriləcək" - Olaf Şolts

“Qərb dövlətləri Ukraynanın müdafiəsini gücləndirmək üçün onu maliyyə vəsaiti ilə təmin etmək istəyir”.

 

Sfera.az bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında deyib.

 

Şoltsun sözlərinə görə, Avropa Birliyi ölkələri son iki ildə Ukraynaya çoxlu yardım edib. “Emmanuel və mən bu dəstəyi yeni müstəviyə keçirmək üçün növbəti addımların atılmalı olduğu barədə həmfikirik”  - kansler bildirib.

 

O xatırladıb ki, Aİ Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirin Ukraynanın maraqları üçün istifadə edilməsi imkanlarını müzakirə edir:

 

“Biz Ukraynaya milyardlarla ölçülən əlavə maliyyə resurslarına çıxış imkanı vermək istəyirik. Bununla da Kiyev öz təhlükəsizliyini təmin etsin və bütün Avropanın müdafiəsini gücləndirsin”.

 

Şolts əlavə edib ki,  qarşıdakı həftələrdə Kiyevə dəstəklə bağlı birgə məsləhətləşmələr aparılacaq.

 

Günay  
 


OXŞAR XƏBƏRLƏR