Çində iqtisadiyyatın inkişafı dünya bazarına necə təsir edəcək? - 2025-ci ildə...

Çində iqtisadiyyatın inkişafı dünya bazarına necə təsir edəcək? - 2025-ci ildə...

2024 və 2025-ci illərdə Çin iqtisadiyyatında böyümə sürəti gözləniləndən daha yüksək olacaq.

 

Sfera.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən, bu il Çində iqtisadi artım 4,6%-dən 5%-ə yüksələcək. 2025-ci ildə isə iqtisadi artım sürətinin 4,1% yox, 4,5% olacağı təxmin edilir.

 

BVF-nin proqnozunu yaxşılaşdırmasına səbəb, Çində 2024-cü ilin birinci rübündə məlumatlarının yaxşı olması, eləcə də həyata keçirilən yeni iqtisadi siyasət hesabına ölkədə inkişaf sürətinin artmasıdır.

 

Bununla belə, BVF proqnozlaşdırır ki, Çində əhalinin qocalması və məhsuldarlıq göstəricilərinin zəifləməsi səbəbindən ölkədə iqtisadi artım sürəti 2029-cu ilə qədər 3,3%-ə düşəcək.

 

2029-ci illə bağlı yeni proqnozdakı göstərici əvvəlkindən aşağıdır. Əvvəlki proqnozda 2029-cu ilə qədər iqtisadi artım sürətinin 3,5%-ə enəcəyi təxmin edilirdi.

 

Qeyd edək ki, Çinin iqtisadi böyümə sürəti dünya iqtisadiyyatında tələbə təsir edən əsas göstəricilərdən hesab olunur. İqtisadiyyatda böyümə sürəti artanda, dünyada məhsulların qiyməti yüksəlir, qlobal iqtisadiyyatda aktivlik güclənir. Çində iqtisadi böyümə sürəti azalanda isə əks proses baş verir.

 

Bu baxımdan Çində iqtisadi göstəricilərin yaxşılaşması dünya iqtisadiyyatı üşün əlverişlidir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR