Zakir Həsənov generalı vəzifədən azad etdi - FOTO - YENİLƏNDİ

Zakir Həsənov generalı vəzifədən azad etdi - FOTO - YENİLƏNDİ

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

***

 

11:15

 

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

 

Əmrə əsasən general Nəbiyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılıb.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR