Azərbaycanda AĞIR QƏZA - Ölən var

Hadisə
11:01 / 29.05.2024
4271
İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb.
Belə ki, "Opel" markalı minik avtomobili Samir Məmmədovun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.(Report)