Şirvanda işsizliklə bağlı ciddi tədbirlər görülməlidir

Şirvanda işsizliklə bağlı ciddi tədbirlər görülməlidir
Azərbaycanda  regionların sosial-iqtisadi  inkişafına nail olmaq üçün dövlət proqramları çərçivəsində milyardlarla vəsait xərclənsə də, bu  sahədə ciddi uğurlar əldə edilməyib və kifayət qədər problemlər qalmaqdadır.
 
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Rafael Cəbrayılov  Milli Məclisdə (MM) 2107-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasının yeganə optimal yolu regionların sosial-iqtisadi inkişafı prosesini sürətləndirilməsi və bu sahədə ciddi uğurların əldə olunmasına nail olunmasıdır:
 
"Düzdür regionların sosial-iqtisadi inkişafına nail olmaq üşün bir sıra dövlət proqramları həyata keçirilib və bu proqram çərçivəsində  çox böyük işlər görülüb, milyardlarla vəsait xərclənib. Amma etiraf etməliyik ki, bu qədər vəsait xərclənsə də, kifayət qədər uğurlar əldə edə bilməmişik. Bunun nəticəsidir ki, regionlarda problemlər qalmaqdadır.Hesab edirəm ki, regionların inkişafına nail olmaq üçün hökumət özəl sektoru bu prosesə ciddi surətdə cəlb etməli və normal münasibətlərə nail olmalıdır. Bunun üçün özəl sektora lazımi şərait yaradılmalı və lazım gələrsə, onlara güzəştli kreditlər verilməlidir”.
 
Millət vəkili  əlavə edib ki, bu qədər  dövlət proqramlarının həyata keçirilməsinə baxmayaraq,  regionlar  iqtisadi muxtariyyata nail ola bilməyiblər.
 
"Deməli, bu sahədə uğurlar əldə edilməyibsə,  yetərincə problemlər var və  bu həll edilməlidir. Məhz bunun nəticəsidir ki,  regionalrımızın böyük əksəriyyəti dövlət dotasiyası hesabına dolanırlar”- deyə, millət vəkili bildirib.
 
Millət vəkili eyni zamanda, seçildiyi Şirvan şəhərinin  üzləşdiyi problemləri qaldıraraq, onun həlli üçün hökumətdən yardım istəyib.
 
Bildirib ki, Şirvan şəhəri tipik  sənaye şəhəri olmasına baxmayaraq, burada  işsizlik yüksək səviyyədədir:
 
"Sənaye şəhərində belə vəziyyət gələcəkdə ciddi fəsadlara yol aça bilər. Odur ki, hökumət bu məsələyə daha diqqətlə yanaşmalıdır”.
 
 Millət vəkili həmçinin, Şirvanda bir vaxtlar fəal olan futbol klubunun son vaxtlar maliyyə baxımından tamamilə dağılmasından narahatlığını bildirib və şəhərdə normal stadionun olmadığını qeyd edib:
 
"İndi şirvanlılar futbol oynamaq üçün kilometrlərlə yol qət edib, Salyan rayonu ərazisindəki Qaraçala qəsəbəsindəki stadiona gedirlər”.

OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...