“Yaxın illərdə iqtisadiyyat neft və qazın hesabına yüksəlməyəcək” - Prezident

“Yaxın illərdə iqtisadiyyat neft və qazın hesabına yüksəlməyəcək” - Prezident

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları ("Bakutel-2016”) sərgisi ilə tanışlıq zamanı "Euronews” telekanalına müsahibə verib.

APA-nın məlumatına görə, "Euronews” telekanalı dövlət başçısının müsahibəsi və "Bakutel-2016” sərgisi ilə bağlı reportaj yayımlayıb.

Reportajda "Bakutel-2016” sərgisinin əhəmiyyəti vurğulanır, Azərbaycan rabitəsinin yaranma tarixinə toxunulur. Qeyd edilir ki, regionda ən böyük sərgi olan "Bakutel” artıq 20 ildən çoxdur hər il öz meydançasına telekommunikasiya bazarının aparıcı şəxslərini və iştirakçılarını, həmçinin IT istehsalçılarını toplayır. 135 il əvvəl Nobel qardaşları Bakıda ilk telefon xəttini çəkiblər. Azərbaycan rabitə sənayesinin yaranma tarixini o vaxtdan hesablayır.

Reportajda bildirilir ki, artıq 22-ci dəfə keçirilən "Bakutel” sərgisində bu il təxminən 20 ölkəni təmsil edən 200-dən çox şirkət, həmçinin 7 aparıcı korporasiya iştirak edir. Burada yalnız fikir deyil, eyni zamanda, ideya mübadiləsi aparılır.

Süjetdə prezident İlham Əliyevin sərgidə iştirakı xüsusi vurğulanır. Dövlətimizin başçısının sərginin iştirakçılarını, təşkilatçılarını və qonaqları salamladığı diqqətə çatdırılır.

Prezident İlham Əliyev "Euronews”a müsahibəsində deyib ki, yaxın illərdə iqtisadiyyat neft və qazın hesabına yüksəlməyəcək: "Ona görə yox ki, neft və qazın qiymətləri aşağı düşüb. Ona görə ki, iqtisadiyyatın digər sahələri – sənaye, turizm, xidmət, kənd təsərrüfatı və telekommunikasiya sənayesi, IT sahəsi ilə bağlı digər sektorlar inkişaf edir. Artıq ənənəvi olaraq keçirilən bu sərgi Azərbaycanın regionda telekommunikasiya və IT biznesi sahəsində liderlərdən biri olduğunu nümayiş etdirir”.

Reportajda bildirilir ki, "Bakutel” sərgisində videooyunlar və virtual reallıqla bağlı sahələr üstünlük təşkil edir. Sərgi çərçivəsində "WorldShop” realiti market fəaliyyət göstərir. Burada ən populyar stendlərdən biri Azərbaycan paytaxtının küçələrində keçirilən Formula-1 yarışlarına həsr olunmuş oyunun stendidir. Burada, həmçinin telekommunikasiya şəbəkəsi, simsiz rabitə, peyk rabitəsi və onunla bağlı texnologiyalar, IT sahəsində ofis texnologiyaları, həmçinin 4G və 5G formatında mobil texnologiyaların ekspozisiyaları var.

Reportajın müəllifi sərginin beynəlxalq əhəmiyyətini xüsusi qeyd edərək deyir: "IT məhsullarının yeniliklərinin nümayişi üçün mühüm platforma olan "Bakutel” həm region, həm də bütün dünya üçün möhkəm işgüzar əlaqələrin qurulduğu əsas biznes meydançası statusunu qazanıb”.


OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...