Daha bir icra başçısının büdcədən yeyinti - Faktları

Daha bir icra başçısının büdcədən yeyinti - Faktları
Hesablama Palatası dövlət büdcəsindən 2013-2015-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələrini açıqlayıb.

Palatadan Tərəfdar.az-a verilən məlumata görə, hesabatda 2013-2015-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Həziabad kənd 360, Soltankənd kənd 180, Cəfərli kənd 180, Məmmədrzalı kənd 220 və İncilli kənd 180 şagird yerlik tam orta məktəblərinin tikintisi, Cəlilabad-Hamarqışlaq-Sadatlı, Qarazəncir-Qarakazımlı-Boyxanlı, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yollarının tikintisi və rayonunun abadlıq-quruculuq işləri üçün istifadə olunan ümumilikdə 41956,8 min manat vəsaitin auditlə əhatə olunduğu öz əksini tapıb.

Auditlə əhatə olunan dövrdə 4 kənddə tam orta məktəb üçün binalarıın tikilərək istismara verildiyi, Cəlilabad ilə 5 kəndi birləşdirən və 8 yaşayış məntəqəsini birləşdirən kəndlər arası avtomobil yollarının tikintisi aparılıb rayonun mərkəzində abadlıq-quruculuq işləri həyata keçirilsə də bəzi nöqsanlara da yol verilib.

Belə ki, Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il tarixli 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb, mövcud qaydaların tələblərinə əməl edilməyərək akt zalının, idman zalının, fizika, kimya laboratoriyalarının və kitabxananın sahəsi təsdiq olunan normalardan az layihələndirilib.

Qüvvədə olan qaydaların tələbinə əməl olunmayaraq sökülən köhnə məktəblərin yerində inşa olunsa da, yararsız hala düşmüş əsas vəsaitlərin yararsızlığını, təmirinin mümkünsüzlüyünü müəyyənləşdirmək, həmçinin onların müəyyən olunmuş qaydada balansdan silinməsi üçün müvafiq ləğvetmə komissiyası yaradılmayıb, avtomobil yollarının istismara verilməsi haqqında tərtib edilmiş Dövlət Qəbul Komissiyasının tərkibinə aidiyyəti qurumların nümayəndələri daxil edilməyib.

Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun tikintisi zamanı trassanın keçdiyi yerlərə təbii-iqlim amillərinin təsiri öyrənilməmiş, sürüşmə zonaları müəyyənləşdirilib geoloji müayinə işləri aparılmayıb, layihə-smeta sənədlərində avtomobillərin yol üzrə təhlükəsiz hərəkətini təmin etmək üçün xüsusi mühəndisi tədbirlərin işlənməsi nəzərdə tutulmayıb, Cəlilabad rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması çərçivəsində Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun başlanğıcında su və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar yolun 3,0 km-lik hissəsində (Məhəmməd Hadi küçəsi) asfalt beton örtüyü dağılmış, istismara qəbul edilən avtomobil yolları "Cəlilabad 56 saylı Yol İstismarı” MMC-nin balansına təhvil verilməyib.

Qarazəncir-Qarakazımlı-Boyxanlı avtomobil yolunun tikintisi üzrə yol layihələndirilərkən yol tikilən ərazilərdə yaşayan insanların təsərrüfat fəaliyyəti, yaxınlıqda yerləşən müəssisələrin fəaliyyət növü, bazalara yük daşıyan nəqliyyat vasitələrinin tərkibi və yükgötürmə qabiliyyəti nəzərə alınmayıb, həmin ərazidə hərəkətin həcmi, tərkibi, yolun yük gərginliyi IV texniki dərəcəyə uyğun göstəricilərdən dəfələrlə yüksək olduğu üçün istismara verilməsindən az müddət keçməsinə baxmayaraq yol örtüyünün bəzi hissələrində dağılmalar, deformasiyalar əmələ gəlib, yolda nəqliyyat işinin əsas göstəricisi olan nəqlolunma surəti aşağı düşüb.

Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi üzrə satınalmanın yekun protokolunda tender təkliflərinin müqayisəsi və qiymətləndirilməsinin nəticələri üzrə məlumat göstərilməyib, texniki təminat müddəti nəzərə alınmadan son ödəmə həyata keçirilib, obyektin tikintisi 2014-cü ilin avqust ayında başa çatmasına baxmayaraq istismara verilməsi haqqında tərtib olunan aktın aidiyyəti təşkilatlar tərəfindən imzalanması başa çatdırılmayıb.

Hesablama Palatasının Kollegiyası Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırılması nəzərə alınmaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi və bu istiqamətdə görülmüş tədbirlər haqqında Hesablama Palatasına məlumat verilməsi barədə qərar qəbul edib.

Auditin nəticəsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib.

Məlumat üçün bildirək ki, Cəlilabad rayonunun başçısı Əziz Əzizovdur. O, bu posta Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə təyin edilib.

OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...