"Əl-Cəzirə" kanalı Azərbaycan haqqında veriliş hazırlayıb – VİDEO

"Əl-Cəzirə” kanalında 6 dekabr tarixində Azərbaycanın uğurlu daxili və xarici siyasəti haqqında reportaj efirə gedib. 

Reportajda Azərbaycanın Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan ilə həmsərhəd olduğu və Xəzər dənizinə çıxışı olduğu qeyd olunaraq, Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin sülh şəraitində yaşadığı vurğulanır. 

Reportajda Azərbaycanın prezident üsul-idarəsinə malik ölkə olduğu, Azərbaycan xalqının ümummilli və tarixi lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafı, daxili siyasətin sabitliyi, hakim Yeni Azərbaycan Partiyası ilə bərabər qanunverici orqanda müxalifət partiyalarının təmsil olunması və siyasi plüralizm mühiti barədə məlumat verilir. 

Azərbaycanın qonşu dövlətlərlə əlaqələrdə və regional siyasətdə tarazlı və müvazinətli xarici siyasət həyata keçirdiyi qeyd olunur. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Əl-Cəzirə” kanalının müxbiri Ömər Kaşramın Azərbaycanın uğurlu xarici və regional siyasətinin sirri nədədir deyə sualına cavabında bildirir ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq müstəqil xarici siyasət həyata keçirir, digər dövlətlərin daxili işlərinə qarışmır, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurur. 

Verilişdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin Azərbaycanın üzləşdiyi ən ciddi problem olaraq qalmaqda davam etməsi qeyd olunaraq, Azərbaycanın bütün imkanlardan istifadə edərək münaqişəni həll etmək əzmində olduğu vurğulanır. 

4 dekabr tarixindən başlayaraq, "Əl-Cəzirə” kanalında Azərbaycan haqqında silsilə verilişlər efirə gedir. 4 dekabr tarixində verilmiş reportajda Azərbaycanın iqtisadi inkişafı, neft-qaz sektoru ilə bərabər qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, ölkəmizin sənaye, turizm, gəmiqayırma, nəqliyyat və logistika sektorunun inkişafı haqqında məlumat verilir./oxu.az/




OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...