Makrondan Ukrayna ilə bağlı Avropanı heyrətə salan ADDIM: Rusiya ilə münasibətlər necə dəyişəcək?

Makrondan Ukrayna ilə bağlı Avropanı heyrətə salan ADDIM: Rusiya ilə münasibətlər necə dəyişəcək?

Fransa Ukraynaya əsgər göndərəcək.

 

Sfera.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski məlumat verib.

 

O, sözügedən əsgərlərin yaxın zamanlarda təlimlər üçün gələcəyini açıqlayıb. Fransanın təşəbbüsünü alqışladığını deyən komandan Parisin qətiyyətinin digər tərəfdaşları da həvəsləndirəcəyini bildirib.

 

Britaniyanın “Teleqraf” qəzetində yer alan məlumata görə, Fransanın müdafiə naziri Sebastian Lekornu ilə görüşlərdən sonra fransız əsgərlərinin Ukraynanın təlim mərkəzlərinə getməsinə icazə verən sənədlər imzalanıb.

 

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron fevral ayında Ukraynaya Qərb qoşunlarının göndərilməsinə müsbət reaksiya vermişdi. Makronun təklifi Qərb ölkələri və NATO daxilində parçalanmalara səbəb olmuş,  İngiltərə və Almaniya buna qəti şəkildə qarşı çıxmışdılar. Makronun bu addımından sonra Rusiya ilə münasibətlərin necə olacağı da maraq doğurur.

 

Qeyd edək ki, sursatları tükənmək üzrə olan və cəbhəyə göndəriləcək əsgər tapmaqda çətinlik çəkən Kiyev mayın əvvəlində ukraynalı kişilərin hərbi çağırış yaşını 27-dən 25-ə endirib. Hərbi xidmətdən yayınanlara qarşı ciddi cinayət sanksiyaları tətbiq edən hakimiyyət 36 aydan çox xidmət etmiş əsgərlərə tərxis olunma seçiminin verilməsi təklifini rədd edib. Lakin problemlər bununla bitmir. Ukraynalı gənc çağırışçılar cəbhəyə göndərilməzdən əvvəl hərbi təlim keçməlidirlər və Kiyevdə bunun üçün kifayət qədər kadr yoxdur.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...