"ABŞ Rusiya ilə müharibəyə başlaya bilər, çünki..." - GÖZLƏNİLMƏZ İDDİA

“ABŞ Prezidenti Co Bayden ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində reytinqini yüksəltmək üçün Rusiya ilə müharibəyə getmək istəyə bilər”.
Sfera.az xəbər verir ki, bunu ABŞ-nin Pulitzer mükafatı laureatı, jurnalist Seymur Herş “Davidekyo” kanalına müsahibəsində bildirib.
“Co Bayden administrasiyasının üzvləri qeyd ediblər ki, Linkoln və Ruzvelt kimi müharibələrdə qalib gələn prezidentlər daha məşhur olurlar. Beləliklə, müharibə görmüş prezident həmişə müharibədə olmayandan daha yaxşı reytinq alır”, - jurnalist bildirib.
Aprelin sonunda Co Bayden Ukrayna, İsrail və Tayvana silah tədarükünün bərpası ilə bağlı Konqresin qəbul etdiyi qanun layihəsini imzalayıb. Paketin dəyəri 95 milyard dollardır ki, bunun 61 milyard dolları Ukrayna üçün ayrılıb.
ABŞ Dövlət katibi Antoni Blinkenin yaydığı bəyanatda deyilir ki, bu, Baydenin milli təhlükəsizlik əlavəsini imzaladıqdan sonra icazə verdiyi beşinci təhlükəsizlik yardım paketidir. Blinkenin sözlərinə görə, əvvəlki paketlərə daxil olan silahlar artıq Kiyevə təhvil verilib. Vaşinqton bildirib ki , yeni yardımı mümkün qədər tez göndərəcək.
Rusiya Prezidenti Vladimir Putin bir daha bəyan edib ki, Ukraynaya daha çox silah göndərilməsi cəbhədəki vəziyyəti dəyişməyəcək, sadəcə olaraq, münaqişəni uzadacaq.
Firuzə Əliyeva