Albaniya XİN: "Azərbaycanla əlaqələri genişləndirməyə ümid edirik"

Siyasət
12:57 / 28.05.2024
1511
Albaniya Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməyə ümid edir.
Sfera.az xəbər verir ki, bu barədə Albaniya Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edirik! Biz əməkdaşlığın müxtəlif sahələrində ikitərəfli əlaqələrimizi genişləndirməyə ümid edirik”, - paylaşımda qeyd olunub.