Türkiyənin ən bahalı və ən ucuz evləri bu ərazilərdədir - QİYMƏTLƏR

Türkiyənin ən bahalı və ən ucuz evləri bu ərazilərdədir - QİYMƏTLƏR

Türkiyədə regionlar üzrə mənzil qiymətlərində kəskin fərqlər var.

 

Sfera.az Türkiyənin rəsmi qurumlarının məlumatlarına istinadən xəbər verir ki, ən yüksək qiymətlər ölkənin qərb regionlarında müşahidə edilir.

 

Maraqlıdır ki, Türkiyənin mənzil bazarında ən yüksək qiymət səviyyəsi İstanbulda deyil. Daha yüksək qiymətlər Muğlada müşahidə edilib.

 

Burada bir kvadrat metr mənzilin dəyəri təxminən 3 100 manat təşkil edib.

 

Muğla ölkədə turizmin inkişaf etdiyi əsas regionlardan biridir. Burada Bodrum və digər tanınmış turizm yerləri var.

 

Mənzil bazarında qiymət səviyyəsinə görə ikinci sırada İstanbul qərarlaşıb. İstanbulda bir kvadrat metrin orta qiyməti 2 050 manatdır.

 

Qiymətlərin yüksək olmasına görə növbəti yerlərdə Aydın (1950 manat), Antalya (1855 manat), İzmir (1750 manat) qərarlaşıb.

 

Paytaxt Ankarada orta qiymətlər 1125 manatdır.

 

Türkiyənin mənzil qiymləri ən ucuz olan regionu isə Muşdur. Ölkənin şərq regionunda orta qiymət 627 manat təşkil edir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Vatikanın bacasından qara tüstü çıxır – Bu nə deməkdir?

Dünyanın ən məşhur bacasından qara tüstü çıxır. Çərşənbə günü 70 ölkədən 133 kardinaldan ibarət qrup Papa Fransiskin vəfatından sonra 267-ci pontifi seçmək...

Alça kimlərə olmaz?

Yazın gəlişi ilə təbiət canlanır, ağaclar bar verir, piştaxtalar isə rəngarəng meyvələrlə dolur. Hər fəsilin öz neməti olsa da, yaz aylarında çoxlarının səbirsi...

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

Tallin şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Estoniya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələri keçi...

ABŞ 10 gündə iki döyüş təyyarəsini itirdi

ABŞ-ın 60 milyon dollarlıq qırıcı təyyarəsi uğursuz eniş zamanı Qırmızı dənizə düşüb, iki pilot yaralanıb. Bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin 10 gündən az müddətd...

Bitkoinin qiyməti 100 min dolları ötdü

Ticarət zamanı bitkoinin qiyməti 7 fevral 2025-ci ildən bəri ilk dəfə olaraq 100 min dolları ötüb.   Sfera.az xəbər verir ki, bu barədə “Binanc...

Şuşada 17 milyon manata yaşayış binaları tikiləcək

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxsi Şuşa şəhərində binaların tikintisinə 17 milyon 286 min 741 manat vəsait xərcləməyi planlaşdırı...