ABŞ-nin ən yaşlı kişisi ilə ən yaşlı qadını EVLƏNDİ - FOTO

ABŞ-də 102 yaşlı qadınla 100 yaşlı kişi qocalar evində görüşdükdən sonra evləniblər.
Sfera.az xəbər verir ki, bu barədə "The New York Post" yazıb.
19 may 2024-cü ildə Marjorie Fiterman və Bernie Littman doqquz il əvvəl tanış olduqları eyni qocalar evində evləniblər. Mərasimi ravvin Adam Volberq həyata keçirib.
“Hər ikiniz artıq həyat müdrikliyini və təcrübəsini toplamışsınız və baxışlarınız, hissləriniz və fikirləriniz bu məqamda yaxşı formalaşıb. Bu, digər insanlar kimi öyrənməyə və böyüməyə davam etməyəcəyiniz demək deyil. Ancaq məncə, əminliklə demək olar ki, bir-biriniz haqqında bildiyiniz və başa düşdüyünüz şeylər gələcəkdə sizi gözləyən şeydir. Bir-biriniz haqqında sevdiyiniz şeylər isə heç vaxt dəyişməyəcək”, - Volberq bildirib.
Bəy və gəlinin ümumi yaşı 202 ildir. Bu, onlara evlənən ən yaşlı cütlük kimi yeni rekordçu olmağa imkan verir. Fittmanın nəvəsi artıq Ginnesin Rekordlar Kitabına ərizə təqdim edib. Hazırkı rekord Ginnesin Rekordlar Kitabının saytına görə, 2015-ci ildə toy günündə birlikdə yaşları 194 il 279 gün olan ingilis Doreen və Corc Kirbiyə məxsusdur.
İnci