Tornado ABŞ-ın dörd ştatını məhv etdi: 120 milyon insanın həyatı risk altında

Aprel və May ayları ABŞ-da tornadoların və qasırğaların ənənəvi olaraq alovlandığı aylardır. Lakin 2024-cü il rekord il olub. Artıq dördü uşaq olmaqla 19 ölüm faktı qeydə alınıb.
Sfera.az bildirir ki, Fırtına Proqnoz Mərkəzinin məlumatına görə, bazar günü kəskin hava şəraiti ilə bağlı ən azı 622 ilkin məlumat verilib. Əvvəlki maksimum hal isə 8 May tarixində 565 olub.
Vayominqdən Nyu Hempşirə qədər tornadolar və qasırğalar davam edir. Lakin ən çox əziyyət çəkən ştat 14 tornado qeydə alınan Kentukkidir.
Missuri ştatının Sprinqfild şəhərinin şərqində tennis topu böyüklüyündə nəhəng dolu yağdığı bildirilir. Güclü qasırğa Sent-Luisi də vurub. 19 nəfərin öldüyü bildirilir. Arkanzasda ən azı səkkiz, Texasda yeddi, Oklahomada və Kentukkidə isə iki ölüm hadisəsi qeydə alınıb.
Kentukki ştatında bazar ertəsi səhərə kimi 200 mindən çox əhali elektriksiz qalıb.
120 milyondan çox insan, Şərq Sahilində cəmləşmiş kəskin hava riski altında qalır. Səlahiyyətlilər insanları ehtiyatlı olmağa çağırıb.
Artıq qasırğadan əziyyət çəkən dörd ştatı növbəti təbii fəlakətlər gözləsə da, Vaşinqtonda tornado, Nyu-Yorkda dolu gözlənilir.
Fırtınaların səhər saatlarında ABŞ-ın şimal-şərqini keçəcəyi və Nyu York, Filadelfiya, Vaşinqton, D.C və Baltimor kimi əsas metropoliten ərazilərə təsir edəcəyi gözlənilir.
Nəhəng tornado aprelin sonunda, ABŞ-da fırtına mövsümü yeni başlayanda lentə alınıb.
Eyni zamanda, digər ştatlar da anomal istilərdən əziyyət çəkir. Texas, Luiziana və Missisipi ştatlarında güclü küləklə müşayiət olunan isti günlərlə bağlı xəbərdarlıq edilib. Bu ştatlarda 25 milyondan çox insan təhlükə altındadır.
Nəzərinizə çatdıraq ki, təbii fəlakətlər təkcə ABŞ-da baş vermir. Papua-Yeni Qvineyada da irimiqyaslı sürüşmə azı 2000 nəfərin həyatına son qoyub. Gecə yarısı insanlar yatarkən dağlardakı kəndlərə torpaq və daş kütləsi düşüb. Sürüşmə kəndlərə gedən yeganə yolu bağlayıb. Xilasedicilər faciə yerinə çata bilməyiblər və sağ qalanlar yaxınlarını öz əlləri ilə qazıb çıxarmalı olublar.
Aysel
Sfera.az