Torpaq sürüşməsi bütöv bir kəndi məhv etdi: 2000-ə yaxın insan dağıntılar altında qaldı

Torpaq sürüşməsi bütöv bir kəndi məhv etdi: 2000-ə yaxın insan dağıntılar altında qaldı

Papua-Yeni Qvineyada torpaq sürüşməsi bütün kəndi məhv edib. Xilasedicilər fəlakətin baş verdiyi ucqar Enqa əyalətinə çata bilmir. Sağ qalanlar əlləri və kürəkləri ilə yeri qazaraq yaxınlarını xilas etməyə çalışırlar.


Sfera.az bildirir ki, mayın 24-nə keçən gecə Papua-Yeni Qvineyada dağlıq Enqa əyalətində baş verən nəhəng sürüşmə 2000 nəfərin dağıntılar altında qalmasına səbəb olub. Fəlakətdən əvvəl ərazidə 3800-ə yaxın insan yaşayıb. 

 

Yerli sakinlər yatarkən tonlarla daş və palçıq evlərə çırpılıb. Xilasedicilər Okeaniyanın onsuz da ən kasıb ölkələrindən biri olan ölkənin belə ucqar bölgəsinə çatmaq üçün mübarizə aparırlar. Yerli sakinlərə əllərində olan alətlərlə uçmuş dağın yamacını qazmaqdan başqa çarə qalmayıb.

 

Yerli sakinlərdən biri təbii fəlakət nəticəsində ondan çox ailə üzvünü itirdiyini bildirib.


"Ailəmin 18 üzvü üzərində dayandığım dağıntılar və torpağın altında basdırılıb və kənddə tapa bilmədiyim daha çox ailə üzvləri var. Onları xilas etmək üçün əlimdən gələn bir şey yoxdur"- qadın deyib.

 

Təbii fəlakətdən qısa müddət sonra Birləşmiş Millətlər Təşkilatı 100-ə yaxın insanın öldüyünü bildirib. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkədəki missiyasının rəhbərinin hesablamalarına görə, sonradan bu rəqəm 670-ə çatdırılıb.

 

Bununla belə, Papua Yeni Qvineyanın fövqəladə halların idarə olunması agentliyinin son proqnozuna görə, bu rəqəm mümkün itkilərdən çox azdır. 

 

Birləşmiş Millətlər Təşkilatı Milli Fəlakət Mərkəzinin direktoru vəzifəsini icra edən Lucete Laso Mana:


“Sürüşmə 2000-dən çox insanı diri-diri basdırıb. Yaşayış binalarına və bağlara ciddi ziyan vurub, o cümlədən ölkənin iqtisadi həyatına böyük təsir edib"-deyə bildirib.

 

 

Bununla belə, sürüşmə yavaş-yavaş hərəkət etməyə davam etdiyi üçün vəziyyət kritik olaraq qalır. Bu, həm xilasetmə qrupları, həm də sağ qalanlar üçün davamlı təhlükə yaradır. Bundan əlavə, əraziyə gedən əsas avtomobil yolu sürüşmə nəticəsində tamamilə bağlanıb.

 

Papua Yeni Qvineyadakı “CARE” İnternational qlobal yardım agentliyinin direktoru Justine McMahon:

 

“Yalnız bir neçə cəsəd tapıldığı üçün ölənlərin tam sayının hələ məlum olmadığını"- bildirib. Onun sözlərinə görə, evlər 8 metr dərinliyə qədər torpaq qatının altında qalıb, zərərçəkənlərə çatmaq mümkün deyil.

 

Buna görə də yerli sakinlər kürək, və əllə qazaraq yaxınlarını xilas etməyə çalışırlar.


Torpaq sürüşməsi cümə günü yerli vaxtla səhər saat 3 radələrində paytaxt Port Moresbidən təxminən 600 kilometr şimal-qərbdə yerləşən ucqar Kaokalam kəndində baş verib. Ərazi təxminən dörd futbol meydançası boyda olub.

 

Başqa bir kənddə isə 150-dən çox ev torpaq və daşla dolub.

 

Qeyd edək ki, Sakit Okeanın cənub-qərbində, Yeni Qvineya adasının şərq hissəsini tutan Okeaniyada kiçik bir ölkə olan Papua Yeni Qvineyada 10 milyona yaxın insan yaşayır. Geniş dağlıq ərazi və yolların olmaması zərər çəkmiş əraziyə gediş-gəlişi çətinləşdirib. Sürüşməyə nəyin səbəb olduğu bəlli olmasa da, ekspertlər bunun güclü yağış nəticəsində olduğunu düşünürlər.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xar...