Bacısından sonra Bred Pittin qızı da atasının soyadından imtina etdi - FOTO

Bacısından sonra Bred Pittin qızı da atasının soyadından imtina etdi - FOTO

Məşhur amerikalı aktrisa Ancelina Coli və əri Bred Pittin qızı Vivyen atasının soyadından imtina edib. 

 

Sfera.az xəbər verir ki, afişalarda Vivyen anasının adı ilə qeyd olunub.Ancelina Coli və Bred Pitt 7 ildən çoxdur ayrılsalar da, onların uşaq qəyyumluğuna dair mübahisələri illərdir davam edir. Keçən il ulduz cütlüyün böyük qızı Zahara atasının soyadından imtina edib.

 

15 yaşlı Vivyen anasına tamaşanın quruluşunda kömək edib. Keçmiş ulduz cütlüyün qızı Vivyen Coli-Pitt deyil, Vivyen Coli olaraq siyahıdadır. Onun adını qanuni olaraq dəyişdirib-dəyişdirmədiyi məlum deyil. Qeyd edək ki, Vivyen cütlüyün yeganə bioloji əkiz övladlarından biridir. 

 

Vivyendən əvvəl böyük bacısı Zahara açıq şəkildə oxşar seçim etmişdi. Kollecdə təhsilə başlayan 19 yaşlı Zahara atasının soyadından imtina edib. Digər oğlu Paks da Pitti "dünya səviyyəli alçaq" adlandırıb. 


Qeyd edək ki, Ancelina 5 illik evlilikdən sonra 2019-cu ildə boşanmaq üçün məhkəməyə müraciət edib. Ailə fikir ayrılıqları səbəbindən dağılıb və uşaqları ataları ilə münasibətlərini gərginləşdirərək tərəf tutublar. Ancelina və Bredin Vivyen və Zaharadan başqa 22 yaşlı Maddoks, 20 yaşlı Paks adlı oğlu, 17 yaşlı qızı Şilo və 15 yaşlı Vivyenin əkiz qardaşı Knox var. Jurnalistlər Ancelinanın münasibətlərdə övladlarından istifadə etdiyini bildirir. 

 

Xatırladaq ki, mayın 23-də Ancelina Colinin Bred Pittə qarşı məhkəmədə məğlub olduğu bildirilmişdi. 2021-ci ildə Hollivud aktrisası “Chateau Miraval” əmlakındakı payını rusiyalı milyarder Yuri Şeflerə satıb. Bred Pitt isə iddia edir ki, bu, onların ümumi əmlaka qarşı tərəfin icazəsi olmadan sərəncam verməklə bağlı razılaşmalarına ziddir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xar...