Kabulov: Rusiya terrorizmlə mübarizədə Talibanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bildirib ki, Rusiya terrorizmlə mübarizədə “Taliban” hərəkatı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Sfera.az xəbər verir ki, o bu barədə "Rossiya 24" telekanalına müasibəsində bildirib.
"Biz Rusiyanın təkcə iqtisadiyyatın müxtəlif sahələrində deyil, həm də hüquq-mühafizə sahəsində əməkdaşlığına, beynəlxalq terror təşkilatlarını daha uğurla yatıra biləcək Əfqanıstan hüquq-mühafizə orqanlarının potensialının gücləndirilməsinə ümid edirik", - Kabulov deyib.
Kabulov qeyd edib ki, Taliban hərəkatı Moskva ilə Kabil arasında münasibətlərin qurulmasına və inkişafına mane olduğu üçün terror təşkilatı statusunu tez bir zamanda aradan qaldırmalıdır.
Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin vurğulayıb ki, “Taliban” hərəkatının nümayəndələri iyunun 5-də keçirilməsi planlaşdırılan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) iştirak edəcəklər.
İnci