Rusiya “Taliban”ı qadağan olunmuş qruplar siyahısından ÇIXARA BİLƏR

Rusiya “Taliban”ı qadağan olunmuş qruplar siyahısından ÇIXARA BİLƏR

Rusiyada “Taliban” qadağan olunmuş qruplar siyahısından çıxarıla bilər.

 

Sfera.az bildirir ki, bu barədə “TASS”a Rusiya xarici işlər nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov deyib.  

 

O qeyd edib ki, məsələ ilə bağlı artıq Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib. 

 

“Rusiya Federasiyası Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Prezident Vladimir Putinə məlumat verib ki, “Taliban” hərəkatı qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla bilər”, - Kabulov bildirib.  

 

O, XİN-in bu məsələdə hansı mövqe tutduğu sualına “müsbətdir” cavabını verib.

 

“Lakin “Taliban” qadağan olunmuş qruplar siyahısından çıxarılmayana kimi onun tanınması haqqında danışmaq tez olacaq. Bütün mülahizələrlə bağlı Rusiyanın ali rəhbərliyinə məlumat verilib. Qərarın verilməsini gözləyirik”, - qurum rəsmisi deyib.

 

Onun sözlərinə görə, “Taliban” hökumətinin Rusiya Federasiyası tərəfindən tanınması 2021-ci illə müqayisədə indi daha realdır: “Ancaq hələ də aradan qaldırılmalı olan bəzi mövzular var. Bundan sonra Rusiya rəhbərliyi qərar verəcək”. 

 

Diplomat onu da bildirib ki, Moskvanın Rusiya ilə Əfqanıstan arasında diplomatik münasibətlərin qurulmasının 105-ci ildönümü ilə əlaqədar “Taliban” hökuməti ilə hər hansı tədbir keçirmək və ya təbrik teleqramları mübadiləsi aparmaq planları yoxdur.  O, səbəb kimi formal qaydaları, yəni rəsmi tanınmamaq məsələsini vurğulayıb.

 

Günay  


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...