Məmurun 19 yaşlı qızını zorlayıb ELƏ BİR ŞEY ELƏDİLƏR Kİ! Ata yandı töküldü! - FOTO

Məmurun 19 yaşlı qızını zorlayıb ELƏ BİR ŞEY ELƏDİLƏR Kİ! Ata yandı töküldü! - FOTO
Almaniyada Avropa Komissiyasının yüksək vəzifəli məmurunun 19 yaşlı qızı Əfqanıstandan olan mühacir gənc tərəfindən zorlanıb və qətlə yetirilib.

Virtualaz.org xəbər verir ki, bu dəhşətli hadisə barədə "The Daily Mail" qəzeti yazır.

Qəzetin yazdığına görə Avropa Komissiyasının yüksək vəzifəli məmurunun qızı Mariya Ladenburqer tibb təhsili alırdı və boş vaxtlarında qaçqınlar üçün sığınacaqda könüllü kimi işləyirdi. Onun cəsədi oktyabrın 16-da Almaniyanın İsveçrə ilə sərhəddəki Frayburq universitet şəhərciyində tapılıb. Məlum olub ki, qız zorlandıqdan sonra çaya atılıb və boğulub.

Bildirilir ki, polis əvvəlcə çayın kənarındakı böyürtkən kollarında açıq rəngə boyanmış qadın saçı aşkar edib. Lakin DNK analizi və nəticələrin məlumat bazası ilə müqayisə edilməsi saçın kimə məxsusluğunu müəyyən etməyə imkan verməyib. Üç həftə sonra yerli tramvayların birinin videomüşahidə kamerasında həmin qızın görüntülərinə rast gəlmək mümkün olub və cəsəd çaydan tapılıb. Qızı zorlayan əfqan isə ötən həftə, dekabrın 2-də həbs olunub. DNK analizləri onun cinayəti törətdiyini sübuta yetirib.

İstintaq müəyyən edib ki, həmin axşam Mariya tələbələrin hansısa ziyafətinə qatılıb və oradan çıxaraq həmişə olduğu kimi evlərinə yollanıb. Yolda əfqan mühacir ona hücum edib. Hazırda polis həmin əfqanın noyabrın əvvəllərində baş vermiş digər qətli də törətməsindən şübhələnir. Belə ki, həmin rayonda 27 yaşlı Karolina Q. Zorlanaraq qətlə yetirlib.

Mariy Ladenburqerin atası Klemens Ladenburqer Avropa Komissiyasının hüquq idarəsinin direktorunun köməkçisi işləyir. Onun qızının əfqan mühacir tərəfindən zorlanaraq qətlə yetirilməsi Almaniyada geniş rezonans doğurub. 2015-ci ildə Almaniya Şimali Afrikadan və Yaxın Şərqdən 1.1 milyondan çox qaçqın qəbul edib. Bu ilin yanvarında Yeni il bayramı zamanı Almaniya küçələrində ərəb və əfqan miqrantlar kütləvi şəkildə qadınlara hücum edib seksual zorakılıqlar törətmişdilər.

OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...