Türkiyə üzərindən ən çox Azərbaycan nefti daşınır – RƏQƏMLƏR

Türkiyədən keçən boru kəmərləri ilə nəql edilən xam neftin miqdarı açıqlanıb.
Sfera.az BOTAŞ-a istinadən xəbər verir ki, bu ilin aprelində 27 milyon 434 min barel neft nəql edilib.
Bu qədər neft Türkiyə ərazisindən keçən 4 boru kəməri vasitəsilə daşınıb.
Ümumilikdə Türkiyə üzərindən 5 xam neft kəməri keçir. Bunlar İraq-Türkiyə, Ceyhan Kırıkkale, Batman-Dörtyol, Dörtyol-Ceylan və BTC kəmərləridir. Bu kəmərlərdən İraq-Türkiyə kəməri ilə neft axını yoxdur.
Aprel ayında Ceyhan-Kırıkkale xəttindən 3 milyon 277 min barel, Batman-Dörtyol xəttindən 2 milyon 928 min barel, Dörtyol-Ceyhan xəttindən 3 milyon 403 min barel, BTC-dən isə 17 milyon 826 min barel neft nəql edilib.
Göründüyü kimi, Türkiyə üzərindən ən çox Azərbaycanın ixrac etdiyi neft daşınır.
Vasif