Azərbaycanda sabiq qərargah rəisi HƏBS EDİLDİ

Azərbaycanda sabiq qərargah rəisi HƏBS EDİLDİ

Bakıda yerləşən N saylı hərbi hissənin sabiq qərargah rəisi rüşvətə görə həbs edilib.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, kapitan rütbəsi ilə xidmət edən Vüsal Əliyev bir neçə hərbçidən külli miqdarda rüşvət alıb.

 

Kapitan Əliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

 

Cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılıb.

 

V. Əliyev xidmətlərinə görə müxtəlif medallarla təltif edilib. Həmçinin o, Azərbaycanı Əfqanıstanda təmsil edən zabit kimi xidmət edib. Müdafiə tərəfi bunları nəzərə alaraq məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

 

Məhkəmə təqsirləndirilən şəxsin xidmətlərini yumşaldıcı hal hesab edib, ona münasibətdə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddinin ən aşağı həddindən az cəza təyin etmə) maddəsini tətbiq edib.

 

Hökmə əsasən, Vüsal Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.d


OXŞAR XƏBƏRLƏR

NATO sammiti gələn il Türkiyədə keçiriləcək

NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Haaqada keçirilən sammitin yekun bəyanatında deyilir. 2027-ci ...

Universitetlərlə bağlı YENİLİK – 4 illik təhsil tarixə QOVUŞUR...

Azərbaycanda ali təhsil müddətinin azaldılması, son dövrlərdə təhsil sahəsindəki əsas müzakirə mövzularından birinə çevrilib. Təhsil müddətinin qısaldılması, cə...

Asteroid Ayla toqquşacaq

2024-cü ilin sonunda kəşf edilən, 60 metr enindəki “2024 YR4” adlı asteroidin 2032-ci il dekabrın 22-də Yerə çırpılma ehtimalı əvvəlcə 3,1 faiz olar...

Müasir enerji layihələri milli təhlükəsizliyimizin gücləndirilməsinə xidmət edir

Enerji təhlükəsizliyinin təmin olunması bu gün bütün ölkələr tərəfindən prioritet vəzifələrdən biri kimi qiymətləndirilir. Qlobal təhlükəsizliyi təhdid edən yen...

Bakıda mənzillər və kirayə evlər bahalaşdı - QİYMƏTLƏR

2025-ci ilin iyun ayında Azərbaycanda əmlak bazarı stabil və nisbi canlanma ilə müşahidə olunur. Yay mövsümünün başlaması və ipoteka imkanlarının genişlənməsi a...

Bu rayonların icra başçısı vəzifəsi boşdur

Azərbaycanda hazırda 3 rayonun icra başçısı vəzifəsi boşdur.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bunlar Qax, Bakı şəhərinin Nəsimi v...