"Ukrayna NATO üzvü olmayacaq" - Almaniya kanslerindən QƏTİ MÖVQE

Almaniya kansleri Olaf Şolts Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağını etiraf edib. 

 

Sfera.az xəbər verir ki, o bu fikri Berlində vətəndaşlarla görüş zamanı bildirib. 


"Yeri gəlmişkən, o zaman müharibənin səbəblərindən biri Ukraynanın, guya, NATO-ya daxil olmaq niyyətində olması kimi göstərilirdi. Yaxın gələcəkdə belə bir şey gözlənilmir. Yəqin ki, bu, yaxın 30 ildə də baş verməyəcək, mən bunu hətta açıq elan etmişəm”, - kansler 2022-ci ilin əvvəlində Moskvaya səfərini xatırladaraq deyib.


Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O'Brayen də mayın 24-də elan edib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) iyulda Vaşinqtonda keçiriləcək sammitdə Ukraynanı öz sıralarına dəvət etmək niyyətində deyil.

 

Onu da bildirək ki, indiyədək Amerika rəsmiləri bir neçə dəfə açıq şəkildə bəyan ediblər ki, Kiyev Vaşinqton sammitinə alyansa qoşulmaq üçün dəvət olunmayacaq.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xar...