"COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı əsaslı şəkildə artırıb" - Nazir

"COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı əsaslı şəkildə artırıb".

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda deyib.

 

"Cənab Prezidentin təşəbbüsü ilə keçiriləcək bu qlobal tədbir həm də ölkənin nüfuzunun dəyişməsinə, yeni imkanlar yaranmasına gətirib çıxarıb. Bu imkanlardan necə yararlanmaq da bizdən asılı olacaq. Biz elə məsələlərə diqqət yönəltməliyik ki, təhsil sisteminə dayanıqlı müsbət təsir göstərsin", - nazir bildirib.

 

E.Əmrullayev qeyd edib ki, ətraf mühit savadlılığının ölçülməsinin nədən ibarət olduğu müəyyən edilməlidir:

 

"Bu da müxtəlif təhsil sistemində qarşılaşdırılmalıdır. Bu prosesin həm də praktik olaraq ölçülməsi vacibdir. Hazırda 26-cı il PİSA-sında 96 dövlət iştirak edir. Bu bizə eyni anda bir çox məsələləri anlamaq üçün məlumat verəcək.  Külli miqdarda faydalı məlumatın toplanması məktəblərə də müsbət təsir edəcək. Karbon tullantıları heç də hər ölkədə eyni cür deyil. Bu dünyanın müxtəlif qərar verən qurumlarına, universitetlərə kifayət qədər töhfə verəcək".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...