ABŞ Avropa banklarını sanksiya ilə HƏDƏLƏDİ: “Bu əməliyyatlar dayandırılmasa...”

ABŞ Avropa banklarını sanksiya ilə HƏDƏLƏDİ: “Bu əməliyyatlar dayandırılmasa...”

ABŞ maliyyə naziri Janet Yellen Rusiya ilə əməkdaşlıq edən bəzi Avropa banklarını hədələyib.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, Yellen həmin banklara qarşı ikinci dərəcəli sanksiyaların gücləndiriləcəyini söyləyib.

 

ABŞ tərəfi bildirib ki, bəzi avropalı banklar Rusiyaya müharibə ilə bağlı xərclər üzrə əməliyyatların həyata keçirilməsinə köməklik edir. Yellen “Reuters” agentliyinə açıqlamasında açıq şəkildə deyib ki, ABŞ Rusiyada bizneslə məşğul olan banklara qarşı sanksiyaları sərtləşdirəcək.

 

Amerikalı nazir sanksiyaların təfərrüatlarını açıqlamamaqla yanaşı, hansı bankları nəzərdə tutduqlarını da söyləməyib.

 

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Maliyyə Nazirliyinə Rusiya və digər ölkələrin təşkilatlarına tətbiq edilən sanksiyalardan yayınmağa kömək edən bankları ABŞ maliyyə sistemindən çıxarmaq səlahiyyəti verib.

 

Yellen ifadə edib ki, Rusiya iqtisadiyyatı getdikcə müharibə iqtisadiyyatına çevrilir və mülki, hərbi və ya ikili məqsədli əməliyyatları ayırd etmək çətinləşir. O, buna görə də Rusiya ilə daha çox əməkdaşlıq edən bəzi banklara qarşı ikinci dərəcəli sanksiyaların tətbiq edilməsi zərurətinin yaradıldığını vurğulayıb.

 

Qeyd edək ki, ikinci dərəcəli sanksiyalar konkret təşkilatlara qarşı tətbiq edilir. İndiyə qədər Çinin, Birləşmiş Ərəb Əmirliyinin və Türkiyənin bəzi bankları bu sanksiyalarla üzləşiblər. Həmin sanksiyalar ümumi xarakterli olmur, yalnız Rusiya ilə əməliyyat həyata keçirildiyi aşkarlandıqda tətbiq edilir.

 

ABŞ iddia edir ki, Rusiya sanksiyaya məruz qalmayan ölkələrin bankları ilə əməkdaşlıq etməklə zəruri olan ehtiyat hissələrini əldə edir və bunun sayəsinda silah istehsalını artırır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...