Hava ilə bağlı əhaliyə ÇAĞIRIŞ - Bunlara DİQQƏT EDİN!

Hava ilə bağlı əhaliyə ÇAĞIRIŞ - Bunlara DİQQƏT EDİN!

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

 

Sfera.az bildirir ki, qurum ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam etdiyini, ayrı-ayrı yerlərdə yağış və güclü küləyin gözləniləcəyini xatırladıb.

 

“Hazırda müşahidə olunan tozlu hava səbəbindən görmə məsafəsinin azalmasını da nəzərə alaraq, sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi, küləkli havada avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərin yaxınlığında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi xahiş edirik”, - qurumdan bildirilib.

 

Baş Dövlət Yol Polisi həmçinin, qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...