Autizmli şəxslər üçün sosial xidmətlərin Malta modeli ilə tanışlıq səfəri baş tutdu - FOTO

Autizmli şəxslər üçün sosial xidmətlərin Malta modeli ilə tanışlıq səfəri baş tutdu - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Səfər Qrantları” müsabiqəsi çərçivəsində  “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən həyata keçirilən “Autizmli şəxslər üçün sosial xidmətlərin təkmilləşdirilməsi məqsədilə Malta modeli ilə tanışlıq” layihəsi çərçivəsində Birliyin əməkdaşı Leyla Tağıyava 5-9 may 2024-cü il tarixlərində Malta Respublikasında ezamiyyə səfərində olub.

 

Sfera.az xəbər verir ki, səfərin məqsədi ölkəmizdə autizmli və əlilliyi olan şəxslərə göstərilən sosial xidmətlərin təkmilləşdirilməsinə töhfə vermək məqsədilə bu sahədə qabaqcıl təcrübəyə malik Maltanın dövlət və qeyri-hökumət təşkilatlarının təcrübəsi ilə yaxından tanış olmaq idi.

 

Səfər çərçivəsində Leyla Tağıyeva Maltada Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Komissiya, İnklüzivlik və Könüllülər Nazirliyi yanında Əlillik Məsələləri üzrə Direktorluğu, Dəstək Agentliyinin Gün Mərkəzləri, Milli Məktəbə Dəstək Xidməti nəzdində Autizm Spektr Dəstək Qrupu, Autizmli Valideynlər Assosiasiyası, “Inspire” Fondu “Lino Spiteri” Fondu, Malta Autizm Mərkəzi, Malta Universiteti və Malta İncəsənət, Elm və Texnologiya Kollecində görüşlər keçirib, ətraflı fikir mübadiləsi aparıb və qurumların təcrübəsi ilə əyani tanış olub.

 

Səfər zamanı bəzi qurumlarla aparılan müzakirələr hibrid formatda təşkil edilib və görüşdə "Birgə və Sağlam" İctimai Birliyinin əməkdaşları, həmçinin Sosial Xidmətlər Agentliyinin əməkdaşları da onlayn görüşlərdə fəal iştirak edib, fikir mübadiləsi aparıblar.

 

Səfər olduqca faydalı və məhsuldar keçib, hərtərəfli bilik və təcrübə mübadiləsi aparılıb. Səfər müvafiq sahə üzrə fəaliyyətlərin təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlara nümunəvi sosial xidmətlərin göstərilməsi üçün çevik mexanizmlərin qurulma yolları üzrə aydın və uzaqgörən vizyonun formalaşması üçün Birliyə mühüm institusional təcrübə qazandırıb. Birlik bu təcrübədən çıxış edərək ölkəmizdə müvafiq xidmətlərin təkmilləşdirilməsi üçün təşəbbüslər irəli sürəcək. 


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...