“Yaşıl artım gündəliyində təhsil” konfransı öz işinə başladı - FOTOLAR

“Yaşıl artım gündəliyində təhsil” konfransı öz işinə başladı - FOTOLAR

Bu gün Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə iqtisadiyyatın dayanıqlı inkişaf modelinə keçidi və təhsilin roluna həsr olunmuş maarifləndirmə həftəsinin yekunu olaraq “Yaşıl artım gündəliyində təhsil” konfransı öz işinə başlayıb. 


Sfera.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konfransın məqsədi milli sosial-iqtisadi prioritet olan təmiz ətraf mühit və “yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək və bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaqdır.

 

Adıçəkilən həftə çərçivəsində 20-24 may tarixlərinə İqtisadi Zonaların inkişafı Agentliyinin nəznində Peşə Təhsil Mərkəzində 50-dən çox işəgötürən qurumun iştirakı ilə “İstehsal, ətraf-mühit və bərpa olunan enerji” mövzusunda interaktiv seminar, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid” sərgisi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində isə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur baş tutub.

 

Konfransda “Yaşıl artım siyasətinin gündəliyi”, “Yaşıl artım naminə dövlət-özəl tərəfdaşlığı”, “Yaşıl artım naminə bacarıqların inkişafında təhsilin rolu” adlı panel müzakirələri baş tutacaq.

 

Qeyd edək ki, konfrans TƏMƏL platforması çərçivəsində keçirilib. TƏMƏL (Peşəkar kadrların təminatı üzrə tərəfədaşlıq və məlumatlandırma) platformasının məqsədi peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin daha da genişləndirilməsinin təmin edilməsidir.


Firuzə Əliyeva 

Fotolar: Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...