Merkel niqaba qadağa qoymağa çağırdı
Dünya
11:24 / 07.12.2016
1092
Almaniya kansleri Angela Merkel qadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsinə qadağa qoymağı təklif edib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, Angela Merkel müvafiq çağırışı 9-cu dəfə sədri seçildiyi Xristian-Demokratik İttifaqının qurultayında çıxışı zamanı səsləndirib.
"Biz ünsiyyət zamanı üzümüzü bağlamırıq. Bu bizim üçün çox vacibdir. Məhz buna görə qanun çərçivəsində üzü tamamilə örtən geyimə qadağa qoyulmalıdır, bu bizim ölkə üçün ziddir”, - deyə kansler bildirib.
Qeyd edək ki, bu, Angela Merkelin niqabla bağlı ictimaiyyət arasında verdiyi ilk bəyanatdır.