Azərbaycanda üç zavod satışa çıxarıldı - QİYMƏTLƏR

Azərbaycanda üç zavod satışa çıxarıldı - QİYMƏTLƏR

Azərbaycanın ən iri şirkətlərindən biri olmuş "Gilan Holdinq"in inşa etdirdiyi süd emalı zavodları satışa çıxarılıb.

 

Sfera.az-ın məlumatına görə, bunlar Tərtər, Ağcabədi və Zaqatala rayonlarındakı süd emalı zavodlarıdır.

 

Belə ki, Tərtərin Buruc kəndində yerləşən zavodun tikili sahəsi 4 198,2 kvadratmetrdir. 1,5 hektar əraziyə malik olan müəssisə avadanlıqları ilə birlikdə 1 600 000 manata satılır.

 

Ağcabədi şəhərində yerləşən digər süd emalı zavodunun tikili sahəsi isə 4500 kvadratmetrdir. 2 hektar ərazini əhatə edən zavod avadanlıqları ilə birlikdə 1 750 000 manata satışa çıxarılıb.

 

Zaqataladakı süd emalı zavodu isə rayonun Muxax kəndində yerləşir. Ümumi sahəsi 4070,1 kvadratmetr olan müəssisə 5 hektar ərazidə inşa olunub. Bu zavod isə 1 730 000 manata təklif olunur.

 

Zaqatala Süd Emalı Zavodunun 2010-cu ildə, Ağcabədi Süd Emalı Zavodunun 2011-ci ildə, Tərtər Süd Emalı Zavodunun isə 2012-ci ildə açılışı olub.

 

Xatırladaq ki, "Gilan Holdinq" 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Holdinq ötən ilin iyulunda adını "Xəzri Solutions"a dəyişib. Amma cəmi bir aydan sonra "Gilan Holdinq"in adının dəyişdirilməsi ilə yaradılmış "Xəzri Solutions" ləğv olunduğunu elan edib.( iqtisadiyyat.az)


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...