Türkiyədə ağır yol qəzası - 10 ölü, 39 yaralı

Dünya
00:30 / 27.05.2024
3117
Türkiyənin Mərsin şəhərində zəncirvari yol qəzası olub.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Bildirilib ki, hadisə Tarsus rayonu, Yenice qovşağı ərazisində magistral yolda 2 minik avtomobili və 1 yük maşınının toqquşması nəticəsində baş verib. Qəzada 10 nəfər ölüb, 39 nəfər isə yaralanıb.