Cüdoçularımız Avropa Kubokunun ilk günündə 3 medal qazandı

Cüdoçularımız Avropa Kubokunun ilk günündə 3 medal qazandı

25 mayda Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk gününə start verilib.

 

 Sfera.az xəbər verir ki, Azərbaycan cüdoçuları yarısın ilk günündə 2 gümüş və 1 bürünc medal qazanıb.

 

Oğlanlar arasında 60 kq çəkidə Nihad Rəhimov gümüş medal qazanıb, Özqan Quliyev 7-ci yerə çıxıb. 66 kq çəkidə Səlim Sultanov gümüş, Kənan Sadıqov bürünc medal əldə edib, Ramil Mahmudov isə yarışı 5-ci yerdə başa vurub.

 

Qızlar arasında -52 kq. çəkidə Aysun Məmmədova 5-ci yerə çıxıb.


OXŞAR XƏBƏRLƏR