Apteklərdə saxta dərmanlar satılır-EHTİYATLI OLUN

Apteklərdə saxta dərmanlar satılır-EHTİYATLI OLUN
 
"Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi ölkəmiz üçün ən vacib və aktual məsələdir. Beynəlxalq mənbələrdə göstərilən məlumatlara əsasən, 2005-ci ildən saxta və keyfiyyətsiz dərman vasitələrinin dövriyyəsində 400% artım olub”.

Sfera.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov deyib. O, bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Asiya ölkələrində belə saxta və keyfiyyətsiz dərman vasitələrinin payı 30%-dir: "Bu cür dərman vasitələrinin ölkəmizə idxalının qarşısının alınması üçün tərəfimizdən bütün rəsmi idxal olunan dərman vasitələrinin seriyalar üzrə keyfiyyəti yoxlanılır. Azərbaycanda olan qeydiyyatdan keçmiş dərman vasitələri keyfiyyəti yoxlanılmış, ekspertizası aparılmış və keyfiyyət standartlarına cavab verən dərman vasitələridir.

Azərbaycanda qeydiyyata alınan dərman vasitələrinin 55,53%-i Avropanın nüfuzlu dərman istehsalçıları olan şirkətlərin dərman vasitələridir. Xəstələrin müalicələrində istifadə olunan bütün dərman vasitələrinin keyfiyyətinə və təhlükəsizliyinə istehsalçıdan istifadəçiyə qədər bütün mərhələlərdə ciddi nəzarət tədbirləri həyata keçirilir. Dərman vasitəsinin keyfiyyətini və təhlükəsiz istifadəsini təmin etmək məqsədilə aparılan bütün fəaliyyətlər tərəfimizdən yoxlanılır və ona nəzarət edilir.

Dərman vasitələri hətta istifadə edildiyi zaman düzgün saxlanılmadıqda keyfiyyətini itirə bilər. Təəssüf ki, ölkədə keyfiyyətsiz dərman vasitələri var ki, bunlar da Səhiyyə Nazirliyinin icazəsi olmadan, laborator yoxlamalardan keçməmiş, dövlət qeydiyyatına alınmamış, naməlum yollarla ölkəyə gətirilmiş dərman vasitələridir. Onlara qarşı mübarizədə hər bir vətəndaşımızın köməyi vacib və əhəmiyyətlidir. Aşkarlanan faktlar tərəfimizdən araşdırılır və onların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür”.


OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...