“Barselona” Çempionlar Liqasının qalibi oldu

İdman
00:15 / 26.05.2024
6296
Qadınlar arasında Çempionlar Liqasının 2023/24 mövsümünün final matçında “Barselona” “Lion”a qalib gəlib.
Sfera.az xəbər veri rki, Bilbaodakı “San Mames” stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb. Kataloniya klubunun heyətində Aitana Bonmati və Aleksiya Putellas fərqlənib.
“Barsa” tarixində 8-ci dəfə və ardıcıl 2-ci dəfə Qadınlar arasında Çempionlar Liqasının qalibi olub. “Lion” turnir tarixinin ən titullu klubu olaraq qalır – 8 dəfə.