İranda nüvə mərkəzinə Rəisinin adı verildi

Dünya
00:35 / 26.05.2024
6087
İranın İsfahan şəhəri yaxınlığında yerləşən Nüvə Uranı Emalı Mərkəzi bundan sonra helikopter qəzasında həlak olan İbrahim Rəisinin adını daşıyacaq.
Sfera.az.az xəbər verir ki, bu barədə Nüvə Uranı Emalı Mərkəzindən bildirilib.
Qeyd olunub ki, mərhum prezident ölkədə nüvə sənayesi və nüvə texnologiyasının inkişafına xüsusi diqqət yetirib.