Tamamilə sağlam olan 29 yaşlı qız evtanaziya ilə öldürülüb

Hollandiyalı Zoraya ter Beek 29 yaşından 20 gün sonra evtanaziya üsulu ilə öldürülüb. Bu yaxınlarda evtanaziya üçün icazə almış Zoraya ter Beek Evtanaziya Ekspertizası Mərkəzində vəfat edib. Dostu öz bloqunda qızın ölümü haqqında yazıb.
Sfera.az bildirir ki, Zoraya üç il ərzində öz istəyi ilə ölmək məqsədinə doğru addımlayıb. O, həyatı boyu insanların nə vaxt həyatdan ayrılacağına özünün qərar vermək hüququnu fəal şəkildə müdafiə edib.
Dostu: "22 may 2024-cü ildə ən yaxşı dostlarımdan biri Zoraya ter Beek vəfat etdi. O, psixoloji iztirablara görə evtanaziyaya məruz qaldı. 2,5 ildən çox Evtanaziya Ekspertiza Mərkəzində növbə gözlədi. Növbədən sonrakı proses də altı aydan çox davam etdi”- deyə bildirib.
Travma və şəxsiyyət pozğunluğundan da əziyyət çəkən Zoraya, heç bir müalicənin ona kömək etmədiyini iddia edərək, 10 ildən çox psixi problemlərlə mübarizə apardıqdan sonra ölmək qərarına gəlib. Onun arzusu yerinə yetirilib.
Dostunun sözlərinə görə, qız psixoloji iztirab hallarında belə evtanaziyanın düzgün başa düşülməsini təmin etmək üçün yorulmadan çalışıb.
Evtanaziya ilə ölənlərə adətən ürəklərini dayandırmaq üçün barbiturat məhlulu verilir, lakin Zorayanın ölüm üsulu açıqlanmayıb.
Hollandiyanın “Algemeen Dagblad” qəzetinin dərc etdiyi hesabatda:
“Zoraya uzun illər dözülməz psixoloji iztirablar ucbatından həsrətlə gözlədiyi ləyaqətli ölümlə dünyasını dəyişib. Son anda sevgilisi onun yanında olub”-yazılır.
Əslən Hollandiyanın kiçik Oldenzaal şəhərindən olan qız ölmək arzusunu açıq şəkildə ifadə edin. O, etiraf edib ki, normal həyatı olsa da, bu, yaşamaq üçün kifayət deyil:
"Mənim bir evim və məni çox sevən bir sevgilim var, amma bu hər şey və yaşamaq üçün kifayət deyil”.
Zoraya həmişə ölmək arzusundan danışıb.
Qızın son arzusu medianın və ictimaiyyətin yaxınlarını bezdirməməsi və tənqiddən çəkinmək olub.
Bir çoxları da Zoraya kimi, israr edirlər ki, rahat və dinc intihar ruhi iztirabdan əziyyət çəkən insanlar üçün əlçatan bir seçim olmalıdır.
Evtanaziyanın qəti əleyhinə olanlar bunun etik bir yol olmadığını iddia edirlər. Evtanaziyanı ölümcül xəstələrə təklif etmək belə, sağalmaq və ya effektiv şəkildə müalicə edilə bilən insanların ümidini qırır.
Zorayaya da məhz psixiatr yaxşılaşmayacağını və mütəxəssislərin durumu qarşısında gücsüz olduğunu dedikdən sonra o, ölmək istədiyinə qərar verib.
Qız dəfələrlə intihar etmək barədə düşünüb, lakin məktəb yoldaşının intihar etməsinin ailəsini məhv etdiyini gördükdən sonra intihar fikrindən yayınaraq, evtanaziyanı seçib.
Qeyd edək ki, evtanaziya Hollandiyada 2002-ci ildən əzabla yaşayanlar üçün qanunidir.
İnsan haqları təşkilatları evtanaziyanın ölümcül və ya ciddi xəstəliklə mübarizə aparan insanlara öz əzablarına insani şəkildə son qoymaq hüququ verdiyini bildirirlər. Statistika göstərir ki, Hollandiyada 2022-ci ildə 8720 nəfər evtanaziya yolu ilə intihar edib ki, bu da əvvəlki illə müqayisədə 14% çoxdur.