Azərbaycan çempionatında pley-off matçlarının PÜŞKÜ ATILDI

Azərbaycan çempionatında pley-off matçlarının PÜŞKÜ ATILDI

2024/2025 mövsümündə II Liqada çıxış etmək üçün pley-off matçlarının püşkü atılıb.

 

Sfera.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, ilk oyunda meydan sahibi və qonaq komandaların müəyyənləşməsi məqsədilə püşkatma mərasimi keçirilib.

 

Tədbirdə PFL prezidentinin vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, PFL tərəfindən pley-off oyunlarına məsul şəxs Faiq Tahirov və qarşılaşacaq klubların rəsmiləri iştirak edib. Görüş zamanı tərəflərə pley-off mərhələsində hazırlıq prosesi, riayət olunmalı tələblər və digər vacib məqamlar barədə məlumat verilib.

 

Ardından püşk atılıb. Püşkə əsasən, ilk oyunda meydan sahibi “Şəfa” olub. Komanda Region Liqasının finalında uduzan “Hypers”lə üz-üzə gələcək.

 

Pley-off matçları əvvəlcədən nəzərdə tutulduğu kimi, 29 may və 05 iyun tarixlərində oynanılacaq. Qarşılaşmaların baş tutacağı arenalar, oyunların saatları və digər texniki detallar daha sonra açıqlanacaq.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...